02:57 Cümə Axşamı, 14 Noyabr 2019
DÜNYA

Ərdoğan 2 milyon suriyalını geri qaytarır

00:06, 16.10.20198795
Ərdoğan 2 milyon suriyalını geri qaytarır
Bakıda "Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü”ndə iştirak edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Barış Pınarı Harekatı”ndan sonra qardaş ölkənin atacağı addımlar haqda danışıb.
O, Türkiyədə məskunlaşan 2 milyon suriyalının geri qaytarılacağını bildirib.
 
Ərdoğan əvvəlcə Münbiçdən İraqla sərhədə qədər ərazini təhlükəsiz zonaya çevirəcəklərini söyləyib. Bundan sonra suriyalıların geri qaytarılmasına başlanılacaq.

Ərdoğanın dediyinə görə, onları könüllülük əsasında yola salacaqlar. İlk mərhələdə 1 milyon suriyalı vətəninə qayıdacaq. Son nəticədə 2 milyon nəfərin Suriyaya göndərilməsi nəzərdə tutulub.

Ərdoğan hərəkatın iki əsas məqsədinin olduğunu bildirib. Birincisi, terror qruplarını məhv etmək. İkincisi, suriyalıların vətəninə qayıtması üçün münbit şərait yaratmaq.
 
///Bizimyol.info
XƏBƏR LENTİ