Ərdoğan Adıyamana getdi: "Sözümüzü tutmayınca dincələ bilmərik"

Ərdoğan Adıyamana getdi: "Sözümüzü tutmayınca dincələ bilmərik"
DÜNYA
12:41 09.02.2024
149
Bütün zəlzələ iqamətgahları tamamlanana və təhvil verilənə qədər dayanmadan çalışacaqlarını bildirən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan vədini yerinə yetirməyənə qədər dincələ bilməyəcəyini vurğulayıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan zəlzələ bölgəsinə səfərlərini davam etdirir.

Zəlzələnin ilk ili keçdikcə hazır olan zəlzələ iqamətgahlarını təhvil verən prezident Ərdoğan səfər etdiyi şəhərlərdə 31 Mart seçkilərində AK Partiya tərəfindən irəli sürülən namizədləri də təqdim edib.

Prezident Ərdoğan burada iştirakçılara müraciət edib.

Ərdoğan verdiyi vədləri yerinə yetirməyincə rahat ola bilməyəcəyini deyib:

"Biz indicə zəlzələ qurbanlarımızla bir araya gəldik. Ümid edirəm ki, təhvil verdiyimiz zəlzələ evləri faydalanan bacı-qardaşlarımıza xeyir verəcək. Təxminən 32 min evin tikintisi Adıyamanda bu anda davam edir. İnşallah, onları tamamladıqca, addım-addım haqq qardaşlarımıza çatdırarıq. Məqsədimiz 2 ay ərzində zəlzələ bölgəsində 75 min evi təhvil verməkdir. Söz verdiyimiz zaman, onu yerinə yetirməyincə dincəlmərik".

Ayşən
OXŞAR XƏBƏRLƏR