xari

Ərdoğan: “Artıq Dağlıq Qarabağ səmasını bez parçaları deyil, hilal və ulduz bəzəyir” - VİDEO

SİYASƏT
18:18 05.12.2020
1016

"Dağlıq Qarabağ məsələsində millətimizə yaraşan xarakter ortaya qoyduq. Ermənilər Azərbaycan torpaqlarına hücum etdikləri zaman bütün qəlbimiz və imkanlarımızla qardaşlarımızın köməyinə qaçdıq”.

"Haber Global”ın məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Ortaq tarix, mədəniyyət, inanc və dil birliyimiz nəyi tələb edirdisə, onu da edərək, Dağlıq Qarabağ və işğal altındakı digər Azərbaycan torpaqlarının azadlığa qovuşmasına töhfə verdik.

Dağlıq Qarabağdakı mövqeyi ilə Türkiyə, eyni zamanda, CHP-nin Boraltan faciəsində millətimizə yaşatdığı xəcalətdən qurtuldu. Azərbaycanlı qardaşlarımızın mübarizələri nəticəsində, həmd olsun, bu gün Qarabağ səmasını artıq bez parçaları deyil, hilal və ulduz bəzəyir.

Azərbaycan bayrağı şəhidlərimizin qəhrəmanlığının timsalı kimi qürurla Dağlıq Qarabağda dalğalanır. İnşallah, Naxçıvanla Azərbaycan arasında əlaqəni təmin edəcək dəhlizin açılması ilə artıq qardaşlarımızla birbaşa quru əlaqəsinə də sahib olacağıq.

30 illik işğaldan sonra Azərbaycan öz torpaqlarına qovuşmağın haqlı sevincini yaşayır. Qarabağda qazanılan zəfər həm beynəlxalq hüquq, həm diplomatiya, həm də hərbi baxımdan Azərbaycana anasının ağ südü kimi halaldır.

Bir daha vurğulamaq istəyirəm ki, Azərbaycan heç kimin torpağına əl uzatmayıb, heç kimə hücum etməyib, BMT və ATƏT qərarlarına baxmayaraq, 30 il işğalda saxlanılan torpaqlarını azad edib.

Bunu da ermənilər kimi dinc əhali və məskunlaşma ərazilərini hədəf alaraq deyil, hüquq çərçivəsində qalaraq yerinə yetirib. Belə olan halda Minsk qrupunun həmsədri Fransanın parlamentində qəbul edilən qalmaqaldan əlavə tam bir fəlakətdir.

Qardaşım İlham Əliyevin dediyi kimi, Fransa əgər erməniləri bu qədər çox sevirsə, öz torpaqlarından Marseli onlara verə bilər. Ancaq heç bir dövlətin digərinin suveren hüquqlarına bu şəkildə alçaqcasına hücum etmək haqqı yoxdur.

Suriyadan Liviyaya qədər hər yerdə bənzər yanaşma göstərən Fransa bu qərarı ilə artıq həllin deyil, problemin bir parçası olduğunu, heç bir yerdə obyektiv yanaşma ilə fəaliyyət göstərə bilməyəcəyini sübuta yetirib”, - deyə R.Ərdoğan bildirib.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

20:29 15.01.2021

Prezident: Əminəm ki, Polad gəlib atasının evini bərpa edəcəkdir – VİDEO

20:07 15.01.2021

BMT: Dünya pandemiyadan əvvəlki vəziyyətə qayıtmayacaq

19:49 15.01.2021

İlham Əliyev: “Azərbaycan xalqı əsrlərboyu azadlıq, müstəqillik eşqi ilə yaşayıb”

19:32 15.01.2021

İlham Əliyev, Mehriban Əliyeva və qızları yenidən Cıdır düzündə olublar - FOTOLAR

19:30 15.01.2021

İlham Əliyev: "Dünən gecə Şuşada qalmağa qərar verdik"

19:18 15.01.2021

Prezident Cıdır düzündə paxlava ilə çay içib: "Dostlarımız sevinsin, düşmənlərin gözü kor olsun!"

19:04 15.01.2021

“Azəriqaz”: Heç bir abonentə sərfiyyatdan artıq borc yazılmır

18:43 15.01.2021

Ceyhun Bayramovun finlandiyalı həmkarı ilə telefon danışığı olub

18:29 15.01.2021

Bayden pandemiyaya görə amerikalılara ödənən pulu artırmağı təklif etdi

18:18 15.01.2021

Monitorinq mərkəzində 60 Rusiya və 60 Türkiyə hərbçisi xidmət edəcək - Çavuşoğlu

17:49 15.01.2021

Azərbaycan və Rusiya XİN başçıları Qarabağla bağlı məsələni müzakirə etdilər

17:37 15.01.2021

Makron Ərdoğana məktub göndərib

17:26 15.01.2021

Azərbaycanda vaksinasiya prosesi necə həyata keçiriləcək? - AÇIQLAMA

17:13 15.01.2021

Azərbaycanda koronavirusa yoluxanların sayı bu gün də azaldı

16:55 15.01.2021

Mehriban Əliyeva Cıdır düzündən görüntülər paylaşdı - VİDEO

16:38 15.01.2021

Ölkə ərazisində güclü külək əsir - Faktiki hava