Ərdoğan Asiya turnesinə çıxır

DÜNYA
21:05 08.02.2025
125

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 10-13 fevral tarixlərində Malayziya, İndoneziya və Pakistana rəsmi səfər edəcək.

AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Türkiyə liderinin Kommunikasiya məsələləri üzrə direktoru Fahrettin Altun sosial media hesabında yazıb.
Onun sözlərinə görə, Ərdoğan dəvətlərə cavab olaraq rəsmi səfərlər edəcək.
F.Altun qeyd edib ki, görüşlər çərçivəsində adıçəkilən ölkələrlə ikitərəfli əlaqələr bütün aspektləri ilə nəzərdən keçiriləcək və mövcud əməkdaşlığın konkret layihələrlə daha da inkişaf etdirilməsi üçün birgə addımlar atılacaq.

OXŞAR XƏBƏRLƏR