Ərdoğan Aşura ilə bağlı paylaşım etdi

Ərdoğan Aşura ilə bağlı paylaşım etdi
DÜNYA
23:39 28.07.2023
369
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Məhərrəm ayının onuncu günü – Aşura ilə bağlı müsəlman dünyasına müraciət edib.

AZXEBER.COM xəbər verir ki, bu barədə o, özünün "Twitter" səhifəsində paylaşım edib.

"Aşura günündə xalqımıza və bütün İslam dünyasına salamlarımı çatdırıram. Məhərrəm ayının bütün bəşəriyyətə sülh və firavanlıq gətirməsini diləyirəm”, - o qeyd edib.

Ərdoğan İmam Hüseynin və əshabələrinin şəhadəti ilə bağlı onların xatirəsini ehtiramla andığını yazıb.
OXŞAR XƏBƏRLƏR