Ərdoğan Azərbaycan səfirini və xilasedicilərini təltif etdi

Ərdoğan Azərbaycan səfirini və xilasedicilərini təltif etdi
SİYASƏT
17:26 25.04.2023
247
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın bu ölkədəki səfiri Rəşad Məmmədovu Türkiyədə baş vermiş dəhşətli zəlzənənin nəticələrinin aradan qaldırılmasına verdiyi dəstəyə görə "Yüksək xidmətə görə” dövlət medalı ilə təltif edib.

Dövlət başçısı aprelin 25-də keçirilən mərasimdə səfirə diplom və medal təqdim edib.

Türkiyə Prezidenti, həmçinin bir qrup azərbaycanlı xilasediciyə medallar verib.

R.T.Ərdoğan eyni zamanda digər ölkələrdən olan nümayəndə heyətlərini də mükafatlandırıb.

"Biz kimsənin yaşadığımızı yaşamasını və bu cür ağır sınaq qarşısında qalmasını istəmirik”, - Türkiyə lideri tədbirdə çıxışı zamanı söyləyib.

O bildirib ki, kimsə təbii fəlakətlərdən sığortalanmayıb: "Zəlzələnin təsirlərinin aradan qaldırılması üçün bizə kömək edən hər kəsə, o cümlədən əcnəbi dostlarımıza təşəkkür edirəm. Əsrin fəlakəti qarşısında bütün millətimiz səfərbər oldu. Dünyanın 90 ölkəsindən gələn xilasedicilər bizə dəstək verdi. Könüllülərlə birlikdə təxminən 650 min insanımız zəlzələ baş vermiş ərazilərə axın etdi”.

R.T.Ərdoğanın sözlərinə görə, zəlzələdən sonra 60 ölkə və beynəlxalq təşkilat Türkiyəyə səhra çadırı göndəriblər: "Biz bunları unutmuruq. Qara günün dostlarını tanıyırıq. Vaxtı ilə dəstək olduğumuz dostlarımız zəlzələ zamanı bizi tək qoymadılar. Türkiyəyə gələn əcnəbi xilasedicilər həm bizim, həm də öz ölkələrinin qürur mənbəyi oldu”.

Prezident bildirib ki, fevralın 6-da baş vermiş zəlzələ tarixin ən dəhşətli fəlakətlərindəndir.

Qeyd edək ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.

Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 10 000-dən çox afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.

Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və onminlərlə itkiyə səbəb olub. Türkiyənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.

Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.

Zəlzələdən dərhal sonra Azərbaycanda qardaş ölkə üçün yardım toplanmasına başlanılıb.
 
///Report
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
BMT Ukraynada atəşkəsi alqışlayacaq
00:30 13.03.2025
BMT Ukraynada atəşkəsi alqışlayacaq
Azərbaycan millisi Xorvatiyada güllə atıcılığı üzrə Avropa Çempionatında bürünc medal qazanıb
00:11 13.03.2025
Azərbaycan millisi Xorvatiyada güllə atıcılığı üzrə Avropa Çempionatında bürünc medal qazanıb
Polşanın Baş naziri Avropanın təhlükəsizliyi ilə bağlı Ərdoğandan kömək istəyib
23:57 12.03.2025
Polşanın Baş naziri Avropanın təhlükəsizliyi ilə bağlı Ərdoğandan kömək istəyib
Goranboyda yanacaqdoldurma məntəqəsində yanğın olub
23:51 12.03.2025
Goranboyda yanacaqdoldurma məntəqəsində yanğın olub
On bir yaşlı azərbaycanlı ABŞ-də olimpiadaya vəsiqə qazanıb-FOTOLAR
23:32 12.03.2025
On bir yaşlı azərbaycanlı ABŞ-də olimpiadaya vəsiqə qazanıb-FOTOLAR
Putin Ukrayna ordusunun hücumundan sonra ilk dəfə Kursk vilayətinə səfər edib
23:21 12.03.2025
Putin Ukrayna ordusunun hücumundan sonra ilk dəfə Kursk vilayətinə səfər edib
Trampın xüsusi nümayəndəsi bu həftə Moskvaya səfər edəcək
23:11 12.03.2025
Trampın xüsusi nümayəndəsi bu həftə Moskvaya səfər edəcək
Avropa çempionatı: Azərbaycanın daha bir qadın güləşçisi qızıl medal qazanıb
23:00 12.03.2025
Avropa çempionatı: Azərbaycanın daha bir qadın güləşçisi qızıl medal qazanıb
Azərbaycanın yunan-Roma güləşçisi Avropa çempionatında finala yüksəlib
22:56 12.03.2025
Azərbaycanın yunan-Roma güləşçisi Avropa çempionatında finala yüksəlib
Tramp əvvəllər sülh istəməyən Zelenskinin indi sülhə razı olduğunu deyib
22:41 12.03.2025
Tramp əvvəllər sülh istəməyən Zelenskinin indi sülhə razı olduğunu deyib
Komitə sədri: Azərbaycan yerləşdiyi region ölkələri sırasında bütün parametrlər üzrə önə çıxmağı bacardı
22:33 12.03.2025
Komitə sədri: Azərbaycan yerləşdiyi region ölkələri sırasında bütün parametrlər üzrə önə çıxmağı bacardı
Azərbaycan universitetləri dünyanın ən yaxşılarının reytinqində
22:23 12.03.2025
Azərbaycan universitetləri dünyanın ən yaxşılarının reytinqində
Azərbaycan XİN Pakistanda sərnişin qatarındakı terror aktı ilə bağlı bəyanat yayıb
22:20 12.03.2025
Azərbaycan XİN Pakistanda sərnişin qatarındakı terror aktı ilə bağlı bəyanat yayıb
Tramp: Ukrayna ilə bağlı danışıqlarda ərazilər mövzusu müzakirə olunur
22:13 12.03.2025
Tramp: Ukrayna ilə bağlı danışıqlarda ərazilər mövzusu müzakirə olunur
Kürdəmirdə qatarın qarşısına qəfil insan çıxması faciə ilə nəticələniib
21:51 12.03.2025
Kürdəmirdə qatarın qarşısına qəfil insan çıxması faciə ilə nəticələniib
Beynəlxalq Cinayət Məhkəməsi Filippinin sabiq prezidentini həbs edib
21:42 12.03.2025
Beynəlxalq Cinayət Məhkəməsi Filippinin sabiq prezidentini həbs edib