Ərdoğan: "Azərbaycan və İranla birlikdə UNESCO-ya müraciət etmişik"

SİYASƏT
17:15 16.09.2021
1106
"Atalarımızın miras qoyduğu bu köklü qurumla fəxr edirik və sənədlərimizi Azərbaycan və İranla birlikdə hazırlayıb UNESCO-ya təqdm etdik”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "2021 UNESCO Ahi Evran Anma ili - Ahi Evranın izi ilə sahibkarlarla görüş” tədbirində bildirib.

O, Ahi Evrana dair sənədləri Azərbaycan və İranla birlikdə hazırlayıb UNESCO-ya təqdim etdiklərini söyləyib. R.T.Ərdoğan vurğulayıb ki, 2021-ci ili Türkiyədə Ahi Evran ili elan ediblər.

Türkiyə Prezidenti Ahilik Təşkilatından danışaraq onun bütün təbəqələri birləşdirdiyini qeyd edib: "Qardaşlarım əcdadımız dünyada fəth qabiliyəti ilə yanaşı, dövlət qurmaq qabiliyyəti ilə də məşhurdur. Bu dövlətlər sadəcə qılıncla qurulmayıb. Ahi Evranın 32 başlıq altında qurduğu təşkilat əsrlərlə bu torpaqlarda həmrəyliyin bel sümüyü olub”

Qeyd edək ki, Ahi Evran, Pir Ahi Evran Veli və ya tam adı Pir Mahmud bin Əhməd Nəsrəddin Ahi Evran bin Abbas Vəli 1171 ci ildə İranın Qərbi Azərbaycan əyalətinin Xoy şəhərində anadan olub. O, 1251-ci ildə vəfat edib. Ahi Evran Xorasandan Anadoluya uzun bir yolçuluq edib. O, Seyid Hacı Bektaş Vəlinin Ələvi-Bektaşi, yəni təsəvvüfi-türkmən təriqətinə bağlanıb, öz adı ilə Ahilik Təşkilatının qurucusu və dabbaqların Ələvi Türkmən Piri və Şeyxi, 32 çeşid sahibkar və sənətkarın lideri olub. Ahi Evranın uşaqlığı və təhsili dövrü Azərbaycanda keçib. Bundan sonra o, Xorasan və İkiçayarasında (Mesopotomiya) bölgəsinə gəlib, o yerlərdəki böyük ustadlardan dərs alıb.
 
///Report

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

22:38 17.10.2021

Bir sıra müsəlman ölkələrində Məhəmməd peyğəmbərin mövlud günü qeyd edilir

22:28 17.10.2021

Əfqanıstanda yaşayış binasının damının uçması nəticəsində 6 nəfər öldü

22:10 17.10.2021

"ABŞ Dağlıq Qarabağı öz forpostu kimi görmək istəyərdi" - Rusiyalı ekspert

21:59 17.10.2021

Böyük Dəbilqə: Azərbaycan cüdoçuları 1 qızıl, 1 bürünc medalla 4-cü yeri tutub

21:39 17.10.2021

ABŞ-da universitetdə atışma olub, ölən və xəsarət alanlar var

21:24 17.10.2021

Qətərin Baş nazirinin müavini və xarici işlər naziri Azərbaycana rəsmi səfərə gəlir

21:07 17.10.2021

Azərbaycanın Birinci vitse-prezidenti Vətən Müharibəsi Qəhrəmanları ilə görüşdü

20:50 17.10.2021

Biz qeyri-bərabər savaşa, qeyri-bərabər mübarizəyə hər an hazırıq, ölümə getməyə hazırıq - Prezident

20:40 17.10.2021

Türkiyənin Gürcüstandakı səfiri: “Türkiyə güclənən Azərbaycanla qürur duyur”

20:26 17.10.2021

İranın Baş Qərargah rəisinin Rusiyaya səfəri başladı

20:14 17.10.2021

Prezident: “Biz öz ləyaqətimizi, qürurumuzu, müstəqilliyimizi heç kimə güzəştə getməyəcəyik”

20:08 17.10.2021

Bill Klinton xəstəxanadan evə buraxıldı

19:16 17.10.2021

Türkiyə hərbçiləri PKK-nın daha 5 terrorçusunu zərərsizləşdirdi

18:58 17.10.2021

QMİ-nin şöbə müdiri koronavirusdan vəfat etdi

18:36 17.10.2021

Baş epidemioloq: “Gürcüstanda pandemiyanın beşinci dalğası başlayıb”

18:25 17.10.2021

Füzuli Memorial Kompleksinin layihələndirilməsi və tikintisinə 1,5 milyon manat ayrıldı