Ərdoğan: Azərbaycan və Pakistanla birlikdə yeni addımlar atacağıq

Ərdoğan: Azərbaycan və Pakistanla birlikdə yeni addımlar atacağıq
SİYASƏT
22:41 22.04.2025
610
Azərbaycan və Pakistanla birlikdə yeni addımlar atacağıq.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistan Baş naziri Şahbaz Şəriflə birgə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, rəsmi Ankara Türk dövlətləri və İslamabatla əlaqələri daha da gücləndirəcək: "Biz birlikdə yeni işlər görəcəyik”.

Ərdoğan təfərrüatları açıqlamayıb.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanın Baş naziri Şahbaz Şərifi qəbul edib. Liderlər Prezident iqamətgahında bir araya gəliblər.
OXŞAR XƏBƏRLƏR