Ərdoğan Azərbaycanla Türkiyə arasında mühüm sazişi təsdiqləyib

Ərdoğan Azərbaycanla Türkiyə arasında mühüm sazişi təsdiqləyib
SİYASƏT
10:23 02.03.2021
293
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi”ni təsdiqləyib.

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, R.T.Ərdoğanın imzaladığı qərara əsasən, saziş qüvvəyə minib.

Qeyd edək ki, "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi” 2020-ci ilin fevralın 25-də Bakıda imzalanıb.

Sazişdə 15 mal qrupu üzrə hər iki ölkə arasında həm kvota, həm də rüsumun sıfıra endirilməsi əksini tapıb.
OXŞAR XƏBƏRLƏR