Ərdoğan azərbaycanlı idmançıya: “Səni doğan anaya halal olsun” - VİDEO

Ərdoğan azərbaycanlı idmançıya: “Səni doğan anaya halal olsun” - VİDEO
SOSİAL
15:04 18.07.2018
16807
İyulun 10-da Bakıda rəsmi səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şəhidlər xiyabanına ziyarəti zamanı maraqlı anlar yaşanıb.
 
AZXEBER.COM xəbər verir ki, burada kikboks üzrə 9 qat Dünya Cempionu, 3 qat Avropa Cempionu, Fövqəladə Halar Nazirliyinin əməkdaşı, mayor Araz Musayev Ərdoğanla görüşüb. İdmançı bildirib ki, Azərbaycan və Türkiyə uğrunda şəhid olmağa hazırdır: "Bax gördüyünüz bu xiyaban ki var, sizin bir əmrinizlə burada yatmağa hazıram”.
 
Səmimi şəraitdə keçən görüş zamanı Ərdoğan azərbaycanlı idmançıya: "Səni doğan anaya halal olsun, ona salam söylə” deyərək, ehtiramını ifadə edib.
 
Həmin görüntüləri təqdim edirik:
 
Azər Niftiyev
AZXEBER.COM 

 

OXŞAR XƏBƏRLƏR