Ərdoğan AZXEBER.COM-a danışdı: "14 ildir ki, gecə klublarındayam" - FOTO MÜSAHİBƏ

MAQAZİN
19:00 19.01.2012
4656
Xəbər verdiyimiz kimi, Türkiyənin məşhur DJ-lərindən olan Ərdi Ərdoğan Bakıdadır. Türkiyənin İstanbul şəhərinin ən məşhur diskotekalarında DJ-lik edən Ərdoğan Azərbaycan mətbuatında ilk dəfə olaraq AZXEBER.COM xəbər portalına eksklüziv müsahibə verib. Müsahibəni təqdim edirik. - Ərdoğan bəy, Bakıya 2-ci dəfədir ki, gəlirsiz. Azərbaycanda nə dəyişib?
- Azərbaycan çox gözəl ölkədir. Azərbaycanla Türkiyə qardaş ölkələrdir. Birinci dəfə də gəldiyimdə çox gözəl idi, indi də. Sizin insanlar çox istiqanlıdılar. Bakı da gözəlləşib.
- Bakıda ən çox nə dəyişib?
- Yolları çox gözəl işıqlandırıblar.
- “Eurovision”da Eldar və Nigar birincilik qazananda səhnəyə Türkiyənin bayrağı ilə çıxmışdılar. Siz o zaman nələr hiss etdiniz?
- Qürur hissi duydum. Doğurdan da çox duyğulandım. Eldarla Nigar qardaşlığımızı bütün dünyaya göstərdi.
- Bu il Türkiyəni “Eurovision”da Can Bonomo təmsil edəcək. Sizcə Can Bakıda uğur qazana biləcəkmi?
- Mən Can Bonomonu tanımıram. TRT-nin nəyə görə belə seçim etdiyini anlaya bilmirəm.
- Türkiyədə hansı tanınmış sənətçilərlə çalışırsınız?
- Ebru Polat, Kenan Doğulu, Atina Taşla aram çox yaxşıdır. Bir çoxları var ki, onlarla bir layihədə çıxış etmişik.
- Necə oldu ki, DJ olmaq istədiniz?
- Uşaq yaşlarımda gecə həyatına maraqlı idim. Gecə klubları hər zaman diqqətimi çəkirdi. O zamanlar, musiqini də çox sevirdim. Sonra özümü bir anda klubda tapdım.
- Neçə yaşından işləməyə başladınız?
- 14-15 yaşlarımdan klublarda DJ kimi fəaliyyətə başladım. Bir neçə il öz üzərimdə işlədim və özümü inkişaf etdirdim. Mənim atam o zamanlar gecə klubu işlədirdi və mən gecə klublarında çox olurdum. Demək olar ki, 14 yaşından gecə klublarındayam. Bir şeyi də qeyd edim ki, Türkiyə qanunlarına görə 18 yaşına çatmayan insanlar gecə klublarına buraxılmır. Amma mənim bəxtim onda götürüb ki, qohumların gecə klubu olub və mən kiçik yaşlarından bu həyata qatılmışam.
- Azərbaycandan hansı DJ-ləri tanıyırsız?
- Azərbaycanda heç bir DJ-i tanımıram.
- Türkiyədə çoxlu DJ-lər var. Sizin onlardan fərqiniz nədir?
- İnsanların nə hiss etdiklərini, nə istədiklərini bilmək lazımdır. Ən əsası DJ-də musiqi keyfiyyəti çox vacibdir. DJ hər bir insanın qarşısında standart olmalıdır və zövqləri oxşamalıdır.
- Belə bir fikir var ki, DJ sənəti yalnız gecə klublarıyla məhdudlaşır. Siz bu haqda nə düşünürsünüz?
- Əslində gecə klublarının adı çıxıb. Hamı elə bilir ki, orada yalnız pis şeylərlə məşğul olmaq olar. Ancaq elə deyil. Elə gecə klubları var ki, insanlar ora əylənməyə və gününü xoş keçirmək üçün gəlir.
- Türkiyədə ailəliycə gecə klublarına, barlara gələn insanlar varmı?
- Bəli var. Bizdə belə şeylərə pis baxmırlar. Səviyyəli gecə klublarında ailələrə rast gələ bilərsiniz. Hətta bir şeyi deyim ki, bu yaxınlarda dostumun toyu idi. Onlar toydan çıxıb gecə klubuna gəlib, səhərə qədər əyləndilər. Mən özüm də 14 ildir ki, gecə klublarındayam. 
- Sizcə nəyə görə xaricdən gətirilən DJ-lərə daha çox maraq göstərilir?
- Bu hər yerdə belədir. Çünki insanlar xaricdən gələn birisinin daha böyük bir işlə məşğul olduğunu zənn edirlər. Türkiyədə də bir çox DJ-lər var ki, onlar daha böyük bacarığa malikdirlər. Ancaq insanlar fərqli bir şey görmək istədikləri üçün Avropadan gələn DJ-ləri dinləmək istəyirlər. Onların reklamları güclü olduqları üçün, məşhur sənətçilərlə işlədikləri üçün də ola bilər.
- Alim Qasımovla DJ David Vendettanın sintez edib oxuduqları mahnı var. Bu mahnı təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində sevilir. Siz də belə sintez edib, duet oxumaq istərdinizmi?
- Təbii ki, istəyərəm. Bunu zaman göstərəcək. Düşünürəm ki, Türkiyədə Tarkan və Ayda Pekkanla duet daha çox uğurlu ola bilər. Dünya sənətçilərinin musiqilərindən parçalar götürüb sintez eləyəndə daha çox populyar olur.
- Siz həmçinin Türkiyənin baş naziri Ərdoğanın yaxın qohumusuz. Buna görə Türkiyədə sizə xüsusi hörmət edirlərmi?
- Ərdoğan soyadı mənə heç bir imtiyaz, üstünlük vermir və soyadımdan da heç vaxt sui-istifadə etmərəm.
- Müsahibəyə görə təşəkkürlər
- Mən də sizə təşəkkür edirəm, artıq azxeber.com-a müsahibə verdiyim haqda “Tvitter”ə not buraxdım (gülür)Hacıbəy HEYDƏRLİ

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb