Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yerli saatla 15.30-da MHP sədri Devlet Bahçeli ilə görüşəcək.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Saat 15.30-da başlayacaq görüş Türkiyənin Beştəpə bölgəsində keçiriləcək.
Qeyd edək ki, iki lider sonuncu dəfə aprelin 29-da Bahçelinin evində görüşüb.