Ərdoğan BƏƏ və Efiopiyaya səfər edəcək

Ərdoğan BƏƏ və Efiopiyaya səfər edəcək
DÜNYA
20:56 14.02.2026
777
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 16–17 fevral tarixlərində Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Efiopiyaya səfər edəcək.

AZXEBER.COM xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Bürhanəddin Duran məlumat verib.

O bildirib ki, səfər çərçivəsində ikitərəfli əməkdaşlıq məsələləri, regional və qlobal proseslər müzakirə olunacaq. Görüş zamanı bir sıra sazişlərin də imzalanması nəzərdə tutulur.
OXŞAR XƏBƏRLƏR