Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Krallığın Baş naziri Kir Starmer ilə telefon danışığı aparıb.
AZXEBER.COM Reporta istinadən xəbər verir ki, tərəflər Türkiyə ilə Birləşmiş Krallıq arasında ikitərəfli münasibətləri, regiondakı münaqişə prosesini, eləcə də qlobal məsələləri müzakirə ediblər.
Ərdoğan Türkiyə ilə Birləşmiş Krallıq arasında əməkdaşlığı, xüsusilə müdafiə sənayesi başda olmaqla bütün sahələrdə inkişaf etdirmək iradəsinin güclü olduğunu və bunu daha da irəli aparmaq üçün addımlar atmağa davam edəcəklərini bildirib.
Türkiyə Prezidenti, həmçinin Türkiyənin Yaxın Şərqdəki prosesləri izlədiyini, müdaxilələrin uzanmasının regional və qlobal sabitliyə ciddi zərər verə biləcəyini qeyd edib. O, hələ də dialoq mühitinin qurulması üçün imkanların olduğunu və sülhyönümlü səylərin davam etdiyini vurğulayıb.










































