Biz yeni iqtisadiyyat proqramımızı qurmuşuq və ölkəmizi ən böyük ilk 10 iqtisadiyyat sırasına daxil etmək üçün mübarizə aparırıq.
AZXEBER.COM xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "AK Partiya" İstanbul Genişləndirilmiş Şəhər Məşvərət Toplantısında çıxış edərkən deyib.
Türkiyə lideri bildirib ki, məzənnədəki spekulyativ hərəkətlər Türkiyəni hədəflərindən yayındırmaq məqsədi daşıyır: "Bizi ekranlarında izləyən vətəndaşlarımıza bir daha səslənirəm. Faiz varlıları zənginləşdirər, kasıbları isə daha da kasıb edər. Faiz səbəb, inflyasiya isə nəticədir. Bu çarxı qıracağıq, milləti hədəfə aparacağıq".