Ərdoğan BRİCS toplantısına qatılacaq - Kreml

DÜNYA
14:52 03.09.2024
162
Türkiyənin BRİKS-ə daxil olma prosesi ilə bağlı Kremldən açıqlama gəlib.
 
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kreml Ərdoğanın BRICS toplantısına qatılacağını açıqlayıb.

Bunu Rusiya vitse-prezidenti Yuri Uşakov deyib.
 
Uşakov bildirib ki, Ərdoğan Tatarıstan Respublikasının Kazan şəhərində keçiriləcək BRİKS sammitində iştirak etmək üçün dəvəti qəbul edib.
 
"Təklif Türkiyə tərəfinə çatdırılıb və Ərdoğan bunu qəbul edib".
 
Qeyd edək ki, oktyabrın 22-24-də Rusiyanın ev sahibliyi ilə BRİKS sammiti keçiriləcək.
 
Əlavə məlumat üçün bildirək ki, BRİCS Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikanın adların daşıyan və inkişaf etməkdə olan ölkələri ABŞ-nin hegemonluğuna qarşı təmsil edən alternativ təşkilatdır.
 
Bu yaxında Azərbaycan da sözügedən təşkilata üzv olmaq üçün müraciət edib.
  
Mikayıl
OXŞAR XƏBƏRLƏR