Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan İstanbul Gəzinti Parkında ağacların kəsilməsinə qarşı keçirilən etiraz aksiyalarına münasibət bildirib.
AZXEBER.COM-un “Habertürk”ə istinadən verdiyi məlumata görə, baş naziz jurnalist Fatih Altaylının “Teke Tek” proqramına qonaq olub.
Ərdoğan canlı yayımda son günlər İstanbulda başlayan və Türkiyənin böyük şəhərlərində davam edən etiraz aksiyalarına münasibət bildirib.