Türkiyə cənub sərhədlərində qeyri- sabitliyi davam etdirmək istəyənlərin fərqindədir.
AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ramazan bayramı münasibətilə təbrikində deyib.
O bildirib ki, Türkiyə Suriyada baş verənləri yaxından izləyir: "Lazımi tədbirləri görürük. Suriyanın ərazi bütövlüyünü və milli birliyini pozmaq istəyənlərin fərqindəyik. Belə addımlara imkan verməyəcəyik”.