Ərdoğan danışan zaman bekarçılıqdan kağızdan təyyarə düzəldən nazir - VİDEO
DÜNYA
10:40 14.03.2012
3344
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan partiyasının (Ədalət və İnkişaf Partiyası – AKP) qrup iclasında çıxış edərkən qeyri-adi hadisə baş verib. İclas vaxtı tədbir iştirakçıları baş naziri dinlədikləri halda, təhsil naziri Ömer Dinçer kağızdan təyyarə düzəltməklə məşğul olub. “Doğan” xəbər agentliyinin (DHA) müxbiri isə təhsil nazirinin bu hərəkətini videoya çəkməyə müvəffəq olub.Qeyd edək ki, yerli mətbuatın nümayəndələri Rəcəb Tayyib Ərdoğanın bu görüntülərə verəcəyi reaksiyanı maraqla gözləyir.