Ərdoğan Davudoğlunu vəzifələndirdi

SİYASƏT
11:01 29.08.2014
924
Türkiyənin 12-ci prezidenti Rəcəb Tayyib Ərdoğan baş nazir və AKP-nin yeni sədri Əhməd Davudoğluna 62-ci hökuməti formalaşdırmaq vəzifəsini verdi.Bununla bağlı müvafiq qərar artıq “Rəsmi Qəzet”də nəşr olunub.Qərarda, konstitusiyanın 109-cu maddəsinə görə AKP sədri Əhməd Davudoğluna yeni hökuməti formalaşdırmaq vəzifəsinin verildiyi qeyd edilib.Bundan başqa seçilən nazirlərin təyin olunmasından sonra Nazirlər Kabinetinin tərkibi ictimaiyyətə açıqlanacaq.Məlumata görə, baş nazir Əhməd Davudoğlu bu gün yerli vaxtla saat 11.30-da (Bakı vaxtıyla 13.30) müəyyənləşdirəcəyi yeni nazirlər siyahısını prezident Ərdoğana təqdim edəcək.Xatırladaq ki, prezident Ərdoğan ötən gecə saat 22.00-də baş nazir Əhməd Davudoğlunu qəbul edib. İkili arasında baş tutmuş yarım saatlıq görüşdə prezident Ərdoğan baş nazir Davudoğluna hökuməti formalaşdırmaq tapşırığını verib.
OXŞAR XƏBƏRLƏR