Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan baş nazir Əhməd Davudoğlunun fövqəladə qurultay və istefa qərarına münasibət bildirib.
APA-nın “milliyet.com.tr” saytına istinadən verdiyi xəbərə görə, R. T. Ərdoğan prezident sarayında bir qrup millət vəkili ilə görüşündə “xeyirli olsun. Baş nazirin öz qərarıdır”, - deyib.
O bildirib ki, bu təklifin müəllifi Əhməd Davudoğludur: “O özü bu təkliflə gəldi. Namizəd olmayacağını söylədi. Biz kreslonu necə başqasına təhvil verdiksə, o da başqa birinə təhvil verər”.