Ərdoğan Dövlət Baxçalını həbs etdirmək istəyir

Ərdoğan Dövlət Baxçalını həbs etdirmək istəyir
DÜNYA
09:40 13.02.2014
1081
Türkiyənin əsas müxalifət partiyalarından olan Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalının deputat toxunulmazlığının aradan qaldırılması ilə bağlı parlamentə müraciət daxil olub.MHP liderinin Bursa şəhərində 2013-cü il martın 23-də keçirilmiş mitinqdə işlətdiyi bir söz buna əsas kimi götürülüb. Mitinqdə bozqurdların "Öl de, ölək, vur de, vuraq…" şüarına Bağçalı tərəfindən "Maraq etməyin, onun da zamanı gələcək…" cavabının verilməsi buna səbəb olub.Məsələnin rəsmi tərəfi budur ki, T.T. adlı vətəndaş Bağçalıdan şikayət edib və prokurorluq bu barədə müraciət hazırlayaraq parlamentə göndərib. Əgər parlament Dövlət Bağçalının deputat toxunulmazlığının aradan qaldırılmasına səs verərsə, onda bozqurdların lideri 6 aydan 5 ilə qədər həbsə girə bilər. Türkiyə Cinayət Məcəlləsinin 214-cü maddəsinə görə, bu, cinayətə təhrik kimi qiymətləndirilir.
OXŞAR XƏBƏRLƏR