Ərdoğan: Elektron siqaretlərin ölkəmizdə istifadəsinə icazə verməyəcəyik

Ərdoğan: Elektron siqaretlərin ölkəmizdə istifadəsinə icazə verməyəcəyik
DÜNYA
17:21 10.06.2024
125
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tütün məmulatları ilə bağlı açıqlama verib.

AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğan Türkiyədə elektron siqaretə əsla icazə verməyəcəklərini bildirib:

"Onlar müxtəlif kanallarla ölkəmizə elektron siqaretlə daxil olmaq üçün böyük mübarizə aparırlar. Təəssüf ki, qeyri-qanuni yollarla sızmalar var, amma bizim gömrükdə hazırda bu məsələdə yaxşı mübarizə aparılır.

İndiyə qədər buna icazə verməmişik. Elə brendlər var ki, hamınız onların adını eşitmisiniz, icazə vermirik, verməyəcəyik”.

Ərdoğan çıxışında siqaret və tütün məmulatlarının zərərləri ilə bağlı bu mesajları verib: 

"Ölkəmizdə hər il 85 min insanı tütün canavarına qurban veririk. Tütün təkcə insanları zəhərləmir, dünyamızı da çirkləndirir".

O qeyd edi ki, "Siqaretdən azad nəsil” yaratmaq təşəbbüsü çərçivəsində Britaniya 2009-cu il yanvarın 1-dən sonra doğulanlara siqaret satışını qadağan edib. 

Ərdoğan çıxışında lazım gələrsə İngiltərə ilə də əlaqə saxlaya biləcəklərinə işarə edib.
OXŞAR XƏBƏRLƏR