“Türkiyə Bəşər Əsəd rejiminin dinc əhaliyə qarşı kimyəvi silahdan istifadə etməsinə qarşı seyirçi qalmayacaq”. Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan İndoneziyanın prezidenti Susilo Bambanqla Suriya və Misirdə baş verənləri müzakirə edərkən deyib.AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Ərdoğan beynəlxalq ictimaiyyətin Bəşər Əsəd hakimiyyətinə qarşı dərhal hərəkətə keçməsinin vacib olduğunu da sözlərinə əlavə edib. İki liderin apardığı danışıqlarda Misirdə baş verənlərdə müzakirə edilib. Danışıqlarda Misirdə bütün tərəflərin bir araya gəlib problemin demokratik həllini vacib sayıb.