Ərdoğan: Eyni anda Fələstin, İsrail və "HƏMAS"la danışıqlar aparılır

Ərdoğan: Eyni anda Fələstin, İsrail və "HƏMAS"la danışıqlar aparılır
DÜNYA
14:33 04.11.2023
190
"Türkiyə üç tərəflə də danışıqlar aparır".
 
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan Qazaxıstan səfərindən qayıdarkən jurnalistlərə İsrail-Fələstin müharibəsindən danışarkən deyib.

"Baş verənlərdən sonra İsrail tərəfi ilə danışırsınız?" sualına cavab verən Ərdoğan İbrahim Kalının İsrail tərəfi ilə danışıqlar apardığını deyib:
 
"İsrail tərəfi ilə heç bir əlaqəm yoxdur. MİT sədrimiz İbrahim Kalın İsrail ilə danışıqlar aparır. Təbii ki, eyni anda Fələstin və "HƏMAS" ilə də danışıqlar aparılır. 
 
"Qəzzada qarant ölkə rolunu öz üzərinə götürə bilərik” deyən Ərdoğan sözünə belə davam edib:
 
"Mövcud məsələnin İsrailə qarşı vəziyyəti daha da irəli aparacağını gördük. İsrail öz gələcəyini qaraltdı".
 
Günel
OXŞAR XƏBƏRLƏR