Ərdoğan: F-35-lərin pulu ödənilib, proses nəzarətdə saxlanılır

Ərdoğan: F-35-lərin pulu ödənilib, proses nəzarətdə saxlanılır
DÜNYA
01:48 02.10.2025
169
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampla F-35 qırıcı təyyarələrinin Türkiyəyə təhvil verilməsi məsələsini müzakirə etdiyini bildirib.
 
AZXEBER.COM APA-a istinadən xəbər verir ki, Ərdoğan sözügedən təyyarələr üçün ödənişin artıq edildiyini vurğulayıb.

"Biz onlara dedik ki, pulu verdik, siz isə hələ də F-35-ləri verməmisiniz. İndi bu prosesi nəzarətdə saxlayırıq”, – Ərdoğan əlavə edib.
OXŞAR XƏBƏRLƏR