Ərdoğan Fələstini hələ də tanımayan ölkələrə çağırış etdi

Ərdoğan Fələstini hələ də tanımayan ölkələrə çağırış etdi
DÜNYA
11:22 23.05.2024
138
Dünyada Fələstini dövlət kimi tanıyan ölkələrin sayı artır.

AZXEBER.COM xəbər verir ki, Norveç, İspaniya və İrlandiya liderlərini Fələstini tanıdıqları üçün təbrik etdiyini deyən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hələ də onu tanımayan ölkələrə çağırış edib.

Bəzi Avropa ölkələri ardıcıl bəyanatlar verərək İsrailin hücumları altında ölkəni tanıyacaqlarını açıqlayıblar.

Beştepe Millət Konqres və Mədəniyyət Mərkəzində keçirilən Beynəlxalq Xeyirxahlıq Mükafatları Mərasimində çıxış edən Ərdoğan üç ölkənin Fələstinlə bağlı qərarından böyük məmnuniyyət duyduğunu dilə gətirib.

Fələstini tanımayan digər ölkələrə də çağırış edən Ərdoğan deyib:

"Norveç, İrlandiya və İspaniyanın Fələstin Dövlətini tanıyacaqları ilə bağlı bəyanatlarından çox məmnunam. Bu vicdanlı qərara görə onların rəhbərlərini təbrik edirik. Fələstin dövlətini hələ də tanımayan ölkələri eyni addımı atmağa çağırırıq”.

Ayşən
OXŞAR XƏBƏRLƏR