Ərdoğan Finlandiya və İsveçə səsləndi: "Boşuna gəlməyin"

Ərdoğan Finlandiya və İsveçə səsləndi: "Boşuna gəlməyin"
MANŞET
14:41 18.05.2022
669
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsveç və Finlandiyaya sərt mesaj göndərib.
 
AZXEBER.COM xəbər verir ki, Türkiyə Böyük Millət Məclisində AK Partiya qrup toplantısında çıxış edərkən Ərdoğan Türkiyənin Finlandiya və İsveçin NATO üzvlüyünə münasibəti ilə bağlı çox önəmli mesajlar verib.
 
Ərdoğan deyib ki, Finlandiya və İsveç terrorçulara dəstək verir: "Həm PKK/YPG-yə dəstək verib, həm də NATO üzvlüyünə dəstək istəmək düzgün deyil”.
 
Ərdoğan daha sonra bunları əlavə edib: "Siz bizə terrorçuları verməyəcəksiniz, bizdən NATO üzvlüyünü istəyəcəksiniz? NATO təhlükəsizlik quruluşudur. Biz bu təhlükəsizlik təşkilatını təhlükəsizlikdən məhrum etməyə yol verə bilmərik. Bu səhv bir dəfə Yunanıstan tərəfindən edilib. Terrorçular hələ də İsveçdə gəzirlər. Tükiyə artıq bunlara onların baxdığı kimi baxmayacaq".
 
Türkiyə prezidenti İsveç və Finlandiya nümayəndələrinin Ankaraya gəlməsi haqda da danışıb: "Birinci gün Türkiyəyə gəlmək istəyirlər, boşuna gəlməsinlər".
 
Aydın Nuri
 

OXŞAR XƏBƏRLƏR