"Finlandiya və İsveçin NATO-ya daxil olmasına müsbət baxmırıq”.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib. Dövlət başçısı bu ölkələrin Alyansa qoşulmasına müsbət yanaşmadığını bildirib: "Skandinaviya ölkələri terror təşkilatların yuvasına çevrilib. Bu baxımdan onların Alyansa qoşulmasına müsbət yanaşmağımız mümkün deyil”.