Ərdoğan Gülənə onun öz evində qalib gəldi

DÜNYA
01:42 31.03.2014
2170

Türkiyənin hakim Ədalət və İnkişaf partiyası seçkilərin ilkin nəticələrinə görə, Ərzurum şəhərindəki rəqiblərini böyük səs faizi ilə geridə qoyur. Türkiyədə dini icma lideri Fətullah Gülənin anadan olduğu və hazırda yaxın qohumlarının yaşadığı Ərzurum şəhərində hakim Ədalət və İnkişaf partiyası səsvermənin ilkin nəticələrinə əsasən rəqiblərini böyük səs faizi ilə geridə qoyur. ANS PRESS-in məlumatına görə, 30 mart seçkilər günündən əvvəl şəhərin hər yeri Milliyətçi Hərəkat Partiyasının (MHP) bayraqları ilə bəzədilmişdi. Fətullah Gülənin şəhərdə yaşayan qohumları Güləni dəstəklədiklərini dəfələrlə bildirmişdilər. Ərzurumda bulletenlərin əksəriyəti sayılıb. İlkin nəticələrə görə AKP böyük səs faizi ilə CHP və MHP-ni üstələyir.

OXŞAR XƏBƏRLƏR