Ərdoğan Gülü ziyarət etdi

DÜNYA
10:19 05.10.2014
1093

Görüş təxminən saat yarım davam edib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qurban bayramı ilə əlaqədar eks-prezident Abdullah Gülü ziyarət edib.  Səfər Türkiyə vaxtı ilə saat 16:30 radələrində başlayıb və təxminən saat yarım davam edib. Prezidentin səfərindən sonra onun rəsmi avtomobilin yolunu bir qrup uşaq kəsdi. Ərdoğan, maşından çıxaraq, onlarla zarafatlaşıb və bayram münasibətilə uşaqları təbrik edərək, onlara bayramla əlaqədar pul verib. Prezident həmçinin mətbuat nümayəndələrini də bayram münasibətilə təbrik edib və onların sualına "Türkiyənin baş naziri Davudoğlu ilə görüşəcəksinizmi?", cavab verdi ki, onunla görüş nəzərdə tutulub və onu qəbul etməyə hazırlaşır.

OXŞAR XƏBƏRLƏR