Ərdoğan: “Hər axşam bu qarışığı yeyib yatıram”

Ərdoğan: “Hər axşam bu qarışığı yeyib yatıram”
DÜNYA
09:42 28.03.2022
334
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Yeni Tokat Hava Limanının və tikintisi başa çatan digər obyektlərin açılış mərasimi üçün səfər etdiyi Tokat bölgəsində fermerlərlə görüşüb.

AZXEBER.COM BAKU.WS-ə istinadla xəbər verir ki, Tokat Arıçılar Dərnəyinin sədri Əli Dəmir bölgədə son 4 ildə mühüm obyektlərin qurulduğunu bildirib. Dəmir Tokatda açılan hava limanının da məhsulların ixracına mühüm töhfə verəcəyini açıqlayıb.

Yığıncaqda bal haqqında danışılarkən, Ərdoğan da öz məsləhətlərini verib.

"Hər axşam yatmazdan əvvəl 3-5 ədəd Mədinə xurmasını camış qatığına doğrayır, üzərinə şabalıd balı və yulaf əzməsi əlavə edib qarışdıraraq yeyib yatıram”, - deyə dövlət başçısı bildirib.
OXŞAR XƏBƏRLƏR