Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ Prezidenti Co Bayden görüşüb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, prezident Ərdoğan və ABŞ prezidenti Co Bayden İndoneziyanın paytaxtı Balidə keçirilən G20 Liderlər Zirvəsi çərçivəsində bir araya gəlib.
İki liderin görüşündə üç mühüm məsələ müzakirə olunub.
"CNN Türk” müxbirinin sözlərinə görə, "Üç mühüm mövzu var. Birinci məsələ terror məsələsidir. Xüsusilə İstiqlal küçəsindəki hücum müzakirə olunacaq. İkinci məsələ Ukraynadakı müharibənin sona çatması olacaq. Dünyanın daha böyük müharibəyə sürüklənməsi arzu edilmir. Təbii ki, Burada taxıl dəhlizi razılaşması da vacibdir. Son olaraq ABŞ-Türkiyə münasibətləri və F-16 prosesi də müzakirə olunacaq”.
Ayşən