Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, görüşdə Türkiyə ilə Ukrayna arasında ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib.
Prezident Ərdoğan İstanbulda birbaşa Ukrayna-Rusiya danışıqlarında əldə olunan irəliləyişə görə minnətdarlığını ifadə edərək, davamlı sülhə gedən yolda növbəti raundlarda atəşkəslə bağlı mənalı nəticələrin əldə olunacağına ümid etdiyini bildirib.
Ərdoğan Türkiyənin liderlər səviyyəsində zirvə toplantısına ev sahibliyi etməyə hazır olduğunu və hərbi, humanitar və siyasi məsələlər üzrə işçi qrupların yaradılmasının sammitə yol açacağına inandığını bildirib. O, həmçinin bəyan edib ki, Türkiyə Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləməyə davam edir.
Gülay