Ərdoğan İlkər Başbuğun azadlığa buraxılmasına münasibət bildirdi

DÜNYA
00:41 07.03.2014
1141

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Silahlı Qüvvələrin sabiq Baş Qərargah rəisi, istefada olan ordu generalı İlkər Başbuğun azadlığa buraxılmasına münasibət bildirib. R.T.Ərdoğan bildirib ki, Konstitusiya məhkəməsinin İ.Başbuğ ilə bağlı qərarını alqışlayır və prosesi diqqətdə saxladığını deyib. “Konstitusiya məhkləməsinin verdiyi qərar vacibdir. Amma prezidentin qərarı ilə Xüsusi Səlahiyyətli Məhkəmələrin ləğv edilməsi gələcəkdə hansı effekt verəcəyini gələcək göstərəcək. Ankaraya qayıdanda lazımi məlumatları toplayacam. Lakin Başbuğa verilən qərarın yetərli olmasını diləyirəm”, - deyə baş nazir bildirib. (anspress)

OXŞAR XƏBƏRLƏR