Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Tesla və SpaceX-in qurucusu İlon Maskla görüşüb.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Ərdoğanla Maskın görüşüv çərçivəsində Teslanın Türkiyə bazarına girməsi, və Tesla-nın Türkiyədə yeddinci fabriki qurmaq məsələləri müzakirə edilib.
Həmçinin Ərdoğan Maskı Teknofest-ə dəvət edib.
Görüşdə Xarici işlər naziri Hakan Fidan, sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Varank və Prezidentin Rəqəmsal Texnologiya İdarəsinin sədri Əli Taha Koç da iştirak ediblər.
Ərdoğan Maska "Daha ədalətli bir dünya mümkündür” kitabının ingiliscə versiyasını və Rəyasət Heyətinin Kommunikasiyalar Müdirliyi tərəfindən hazırlanan və Türkiyənin İslahat tələbinin səbəblərini izah edən "BMT İslahat: Beynəlxalq Əməkdaşlığa Yeni Bir yanaşma” kitabını hədiyyə edib.