Ərdoğan İrana gedəcək

Ərdoğan İrana gedəcək
DÜNYA
21:56 01.12.2025
116
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Tehrana səfərinin tarixini müəyyənləşdirmək üçün işlər görülür.

Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Esmail Baqai bildirib.

"Türkiyə prezidentinin İrana səfəri ilə bağlı koordinasiya işləri aparılır və səfər barədə razılıq əldə edilib. Həmkarlarım səfərin dəqiq tarixini müzakirə edərək vaxtını müəyyənləşdirirlər", - deyə o qeyd edib. 

Xatırladaq ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan dünən Tehrana səfər edib və iranlı həmkarı Abbas Əraqçi, Parlament sədri Məhəmməd Baqer Qalibaf və prezident Məsud Pezeşkianla danışıqlar aparıb.
OXŞAR XƏBƏRLƏR