Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan səfərdə olduğu İranda Prezident İbrahim Rəisi tərəfindən rəsmi mərasimlə qarşılanıb.
AZXEBER.COM "Anadolu" agentliyinə istinadən xəbər verir ki, görüşdə ikitərəfli və regional məsələlər müzakirə olunub.
Bildirilib ki, Ərdoğan və Rəisi Türkiyə-İran Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 7-ci toplantısına həmsədrlik edəcək, burada ikitərəfli əlaqələrin bütün aspektləri və ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün potensial addımlar müzakirə olunacaq.
İran və Türkiyə dövlət başçılarının Rusiya prezidenti ilə təkbətək görüşləri də gözlənilir.