Ərdoğan iranlı həmkarı ilə regional məsələləri müzakirə edib

Ərdoğan iranlı həmkarı ilə regional məsələləri müzakirə edib
SİYASƏT
19:12 29.03.2025
415
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla iranlı həmkarı Məsud Pezaşkian arasında telefon danışığı olub.
 
AZXEBER.COM Report-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, tərəflər arasında ikitərəfli məsələlər müzakirə olunub. Həmçinin regional və beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparılıb.

Ərdoğan qeyd edib ki, Ankara ikitərəfli münasibətlərin inkişafı üçün səylərini davam etdirəcək. Telefon danışığı zamanı Türkiyə lideri həmkarını Ramazan bayramı münasibətilə təbrik edib.
OXŞAR XƏBƏRLƏR