Ərdoğan İstanbul kanalının tikintisinin başlayacağı vaxtı açıqlayıb

Ərdoğan İstanbul kanalının tikintisinin başlayacağı vaxtı açıqlayıb
DÜNYA
22:19 29.05.2021
630
İstanbul kanalının tikistisinin bu ilin iyun ayının sonunda başlaması planlaşdırılır.

AZXEBER.COM xəbər verir ki, bunu İstanbulun Çamlıca rayonunda yeni teleqüllənin açılışı zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

T.Ərdoğan bildirib: "Əlbətdə ki, bu meqalayihə ilə bağlı narahatlıqlarını bildirənlər olacaq. Bu bizi dayandırmayacaq".

Prezidentin sözlərinə görə, layihənin icrası Türkiyə meqapolisinin geostrateji əhəmiyyətini artıracaq: "Türkiyənin yeni süni kanalının sağ və sol sahillərində iki şəhər inşa ediləcək. Bu şəhərlər İstanbulun görünüşünü bəzəyəcək".
 
\\\Trend
OXŞAR XƏBƏRLƏR