Ərdoğan: "Kosmik tədqiqatlarda Azərbaycanla birlikdə olacağıq"

Ərdoğan: "Kosmik tədqiqatlarda Azərbaycanla birlikdə olacağıq"
SİYASƏT
16:56 28.05.2022
409
"Bu gün "TEKNOFEST" festivalını ilk dəfə ölkəmizdən kənarda can Azərbaycanda keçirməyimizdən qürurluyuq”.

AZXEBER.COM xəbər verir ki, bunu "TEKNOFEST Azərbaycan” festivalında çıxışı zamanı Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan bildirib.

"Siz gənclər sabahın PUA-larını kəşf edənlərdənsiniz. Gənclərimizlə bu sahədə birlikdə addımlayacağıq. "TEKNOFEST" nəsli bu günə qədər çox gözəl layihələrə imza atdı, Azərbaycan gənclərinin də belə uğurlara imza atacağına inanıram.

Parlamentlərimizdə təsdiqlədiyimiz Şuşa Bəyannaməsində qeyd etdiyimiz kimi, müdafiə sənayesi sahəsində fəaliyyətdə, o cümlədən kosmik tədqiqatlarda Azərbaycanla birlikdə olacağıq", - Ərdoğan əlavə edib.
OXŞAR XƏBƏRLƏR