Ərdoğan kürd muxtariyyətinin lideri ilə görüşdü

Ərdoğan kürd muxtariyyətinin lideri ilə görüşdü
DÜNYA
11:00 17.04.2014
935
Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan İraqın şimalındakı kürd muxtariyyətinin idarə heyətinin rəhbəri Neçirvan Bərzani ilə görüşüb.ANS PRESS-in məlumatına görə, bu barədə TRT telekanalı məlumat yayıb.Görüşdə Türkiyə ilə kürd muxtariyyəti arasındakı enerji əməkdaşlığı müzakirə olunub. Həmçinin boru kəməri ilə neftin nəqli, Suriyadakı vəziyyət, yeni nəzarət buraxılış məntəqələrinin açılışı, eləcə də iqtisadi və ticari sazişlər müzakirə edilib.
OXŞAR XƏBƏRLƏR