Ərdoğan: “Mayın 28-ni Türkiyə əsrinin müjdəçisi edəcəyik”

Ərdoğan: “Mayın 28-ni Türkiyə əsrinin müjdəçisi edəcəyik”
SİYASƏT
11:06 16.05.2023
268
"Mayın 28-ni Türkiyə əsrinin müjdəçisi edəcəyik”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tviterdə yazıb.

O, "Cümhur İttifaqı”nın prezident seçkilərinin ilk sınağından alnıaçıq çıxdığını bildirib: "Təhriklərə, təzyiqlərə əhəmiyyət vermədən, çətinliklər qarşısında geri çəkilmədən canla-başla mübarizə apardıq. Hər birinizə zəhmətiniz, səyləriniz və fədakarlığınız üçün təşəkkür edirəm”.

R.T.Ərdoğan qeyd edib ki, mayın 14-də əldə olunan uğuru daha böyük qələbə ilə taclandırmaq lazımdır.

Mayın 28-də seçkilərin ikinci turunun keçiriləcəyini xatırladan Türkiyə lideri vurğulayıb ki, "Cümhur İttifaqı” siyasətin mərkəzinə milli iradəni, ölkəyə və millətə xidmət və sevgisini qoymuş təşkilatdır:

"İndiyə qədər bizə sahib çıxmış, lazım gələndə tanklara meydan oxumuş millətimizə minnətdarlıq borcumuzu ancaq daha çox işləyərək, daha çox danışaraq ödəyə bilərik. Türkiyə bizdən xidmət və hərəkət gözləyir. Zəlzələdən əziyyət çəkmiş qardaşlarımız bizdən ən qısa müddətdə yaralarının sağalmasını gözləyir. İnşallah, qarşıdakı günləri ən gözəl və ən səmərəli formada dəyərləndirəcəyik”.

Xatırladaq ki, mayın 14-də keçirilən seçkilərdə Prezidentliyə namizədlərdən heç biri 50%-dən çox səs qazanmadığı üçün səsvermənin ikinci turu mayın 28-də keçiriləcək. İki namizəd - Rəcəb Tayyib Ərdoğan və müxalifət lideri Kamal Kılıçdaroğlu arasında qalib gələn siyasətçi Prezident olacaq.

İlk turda Türkiyənin hazırkı Prezidenti 49,51 faiz, müxalifət lideri isə 44,88 faiz səs toplayıb. "Ata" siyasi blokunun təmsilçisi Sinan Oğan 5,17% səs yığıb.
 
///Report
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Şəhid anası vəfat etdi
23:29 06.10.2026
Şəhid anası vəfat etdi
Ermənistan Gümrüdəki məsələni bizim üzərimizə atır - Rusiya XİN
23:28 06.10.2026
Ermənistan Gümrüdəki məsələni bizim üzərimizə atır - Rusiya XİN
Bəqai ilə Almaniyanın İrandakı səfiri sülh və təhlükəsizliyi müzakirə ediblər
23:20 06.10.2026
Bəqai ilə Almaniyanın İrandakı səfiri sülh və təhlükəsizliyi müzakirə ediblər
FIBA Çempionlar Liqası: "Sabah" Litva klubuna uduzub
23:07 06.10.2026
FIBA Çempionlar Liqası: "Sabah" Litva klubuna uduzub
Dəm qazının qurbanı oldu - VİDEO
22:56 06.10.2026
Dəm qazının qurbanı oldu - VİDEO
Uşakov: Putin və Paşinyan arasında görüş barədə hələlik konkret razılaşma yoxdur
22:50 06.10.2026
Uşakov: Putin və Paşinyan arasında görüş barədə hələlik konkret razılaşma yoxdur
Azərbaycan və Qazaxıstan yeni rəqəmsal marşrutu bu ay istifadəyə verməyi planlaşdırır
22:40 06.10.2026
Azərbaycan və Qazaxıstan yeni rəqəmsal marşrutu bu ay istifadəyə verməyi planlaşdırır
Qeysəriyyə əməliyyatından bir müddət sonra dünyasını dəyişdi - VİDEO
22:33 06.10.2026
Qeysəriyyə əməliyyatından bir müddət sonra dünyasını dəyişdi - VİDEO
FIBA Avropa Kuboku: "Neftçi" müntəzəm mövsümdəki ilk oyunda məğlub olub
22:26 06.10.2026
FIBA Avropa Kuboku: "Neftçi" müntəzəm mövsümdəki ilk oyunda məğlub olub
Türkiyənin ailə və sosial xidmətlər naziri şəhidlərimizin həyat yoldaşları ilə görüşüb - FOTO
22:16 06.10.2026
Türkiyənin ailə və sosial xidmətlər naziri şəhidlərimizin həyat yoldaşları ilə görüşüb - FOTO
Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 24-ə yüksəlib
22:10 06.10.2026
Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 24-ə yüksəlib
Böyük Britaniya və Azərbaycan strateji tərəfdaşlıqda yeni mərhələyə keçir
22:03 06.10.2026
Böyük Britaniya və Azərbaycan strateji tərəfdaşlıqda yeni mərhələyə keçir
Macarıstanda 2027-ci ildən etibarən sərvət vergisi tətbiq olunacaq
21:57 06.10.2026
Macarıstanda 2027-ci ildən etibarən sərvət vergisi tətbiq olunacaq
Övladları 1-ci sinfə gedən bir qrup valideyndən dərs proqramı ilə bağlı şikayət - VİDEO
21:49 06.10.2026
Övladları 1-ci sinfə gedən bir qrup valideyndən dərs proqramı ilə bağlı şikayət - VİDEO
Kahramanmaraşda İŞİD-ə qarşı əməliyyat zamanı 39 şübhəli saxlanılıb
21:43 06.10.2026
Kahramanmaraşda İŞİD-ə qarşı əməliyyat zamanı 39 şübhəli saxlanılıb
Dron hücumundan bir gün əvvəl kapitan oğlu ilə danışıb - VİDEO
21:34 06.10.2026
Dron hücumundan bir gün əvvəl kapitan oğlu ilə danışıb - VİDEO