Ərdoğan NATO-nun Baş katibi ilə Suriyadakı vəziyyəti müzakirə edib

DÜNYA
13:33 10.12.2024
114
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla NATO-nun Baş katibi Mark Rutte arasında telefon danışığı olub.

Məlumatı "TRT Haber” yayıb.

Məlumata görə, onlar Suriyadakı vəziyyəti müzakirə ediblər.

R.T.Ərdoğan Türkiyənin vətəndaş müharibəsinin ilk günündən bəri Suriyanın ərazi bütövlüyünün və sabitliyinin qorunmasını müdafiə etdiyini bildirib.

Prezident Suriyanın məhz xalq tərəfindən idarə edilməli olduğunu və Türkiyənin terrordan azad bir Suriya qurmaq üçün əlindən gələni etməyə davam edəcəyini vurğulayıb.
 
///report

OXŞAR XƏBƏRLƏR