Ərdoğan: "NATO zirvəsi Türkiyənin Aİ-yə üzvlük prosesində mühüm rol oynadı"

Ərdoğan: "NATO zirvəsi Türkiyənin Aİ-yə üzvlük prosesində mühüm rol oynadı"
DÜNYA
22:53 12.07.2023
222
NATO-nun Vilnüs sammiti Türkiyənin Avropa İttifaqına daxil olmasında və ölkəmizə qarşı sanksiyaların aradan qaldırılmasında mühüm rol oynadı.

AZXEBER.COM xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan teleqram kanalında bildirib.

"Bu gün uğurla başa vurduğumuz Vilnüs sammiti terrorizmlə mübarizədə yeni yanaşmaların və əsas qərarların qəbulunda, Avropa İttifaqına daxil olma prosesində və ölkəmizə qarşı sanksiyaların aradan qaldırılmasında mühüm rol oynayıb. Atdığımız addımlarla əldə olunan uğurları daha da möhkəmləndirəcəyimizə ümid edirik. Ölkəmizin maraqlarını, dövlətimizin hüquq və qanunlarını bütün platformalarda müdafiə etməyə davam edəcəyik”, - Ərdoğan qeyd edib.
OXŞAR XƏBƏRLƏR