Ərdoğan Naxçıvana dron hücumunu pisləyib

Ərdoğan Naxçıvana dron hücumunu pisləyib
SİYASƏT
22:32 05.03.2026
319
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İranın Naxçıvan Muxtar Respublikasına dron hücumunu qınadıqlarını bildirib.

AZXEBER.COM xəbər verir ki, Ərdoğan bu barədə açıqlamasında deyib.

"İlham qardaşıma Naxçıvan Muxtar Respublikasını hədəf alan bugünkü hücumdan böyük üzüntü duyduğumuzu və bu hücumu qınadığımızı bildirdim”, – deyə Türkiyə prezidenti qeyd edib.

Ərdoğan vurğulayıb ki, regionda daha çox qan tökülməməsi, günahsız insanların həyatını itirməməsi və gərginliyin geri dönülməz həddə çatmaması üçün çoxşaxəli diplomatik fəaliyyət davam etdirilir.
OXŞAR XƏBƏRLƏR