Ərdoğan növbəti dəfə prezident seçkilərində iştirak edə bilər

Ərdoğan növbəti dəfə prezident seçkilərində iştirak edə bilər
SİYASƏT
17:58 02.03.2025
415

Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan növbəti dəfə prezident seçkilərində iştirak edə bilər. 

AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, bu barədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Hüseyn Yayman Türkiyənin Antakya şəhərində çıxışı zamanı deyib.

O bildirib ki, 2027-ci ilin noyabrında ölkədə prezident seçkiləri keçiriləcək.

H.Yaymanın sözlərinə görə, başqa namizədə ehtiyac yoxdur.

Türkiyə konstitusiyasına görə, seçkinin keçiriləcəyi 2028-ci ildə o, artıq prezidentliyə namizəd ola bilməyəcək, lakin növbədənkənar seçki olacağı təqdirdə bu hüquqa sahib olacaq.

OXŞAR XƏBƏRLƏR