Ərdoğan Polşaya düşən raketlə bağlı açıqlama verdi

Ərdoğan Polşaya düşən raketlə bağlı açıqlama verdi
DÜNYA
10:48 16.11.2022
207

Ərdoğan Polşaya düşən raketlə bağlı açıqlama verib.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünən gecə Polşa-Ukrayna sərhədindəki kəndə düşən raketlə bağlı açıqlamalar verib.

Prezident açıqlamasında "Bayden də deyib ki, raketlər Rusiya istehsalı deyil. Almaniya kansleri Olaf Şoltsla da bu barədə danışdım. Hələ konkret bir şey yoxdur. Araşdırma vacibdir. Mən Rusiyanın bəyanatına hörmət etməliyəm. Rusiyanın "bu işin bizə heç bir aidiyyatı yoxdu” deməsi bizim üçün önəmlidir”, - deyə bildirib.

Türkiyə lideri Rusiya və Ukraynanı eyni masa ətrafında toplamağa çalışacağını da vurğulayıb:

"Rusiya və Ukraynanı eyni masa ətrafında toplamağa çalışacağıq".

Ayşən

OXŞAR XƏBƏRLƏR