ANS PRESS-in xəbərinə görə, Ərdoğan az vaxt ərzində partiyasından namizəd olacaq şəxsi açıqlayacaqlarını deyib. Ənənəvi olaraq ayın yekunlarına dair “Millətə xidmət yolunda” proqramında çıxış edən Ərdoğan daha bir çox məsələ barədə açıqlama verib. Baş nazir Türkiyənin bu seçkidən daha da qüvvətlənərək çıxacağını deyib.“Avqustda ilk dəfə ümumxalq səsverməsi ilə prezident seçkisi keçirəcəyik. Bizim, öz namizədimizi müəyyənləşdirmək fəaliyyətimiz həssaslıqla davam edir. İnşallah az vaxt ərzində namizədimizi açıqlayacağıq. Bu seçkini, Türkiyəni 77 milyonla qucaqlayacaq bir atmosferdə keçirəcəyik. Nə seçkidən əvvəl, nə də seçkidən sonra qeyri-müəyyənlik olmasına izn verməyəcəyik. Türkiyə bu seçkidən qüvvətlənərək çıxacaq və 2023 hədəflərinə daha da yaxınlşacaq”.