"İki lider arasında Bayraktar pilotsuz uçan aparat məsələsi müzakirə edilmədi".
AZXEBER.COM Sfera.az-a istinadən xəbər verir ki, bu gün Rusiyanın Soçi şəhərində prezident Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında görüşlə bağlı açıqlama verən Kremlin sözçüsü Dmitri Peskov deyib.
Görüşün 4 saat davam etdiyini xatırladan Peskov, "Soçidəki görüş Moskva vaxtı ilə saat 15.00-dan sonra başladı. İki ölkə liderləri həm dar, həm də geniş tərkibdə 4 saat görüşdülər. Birgə bəyannamə qəbul edildi " dedi.
Daha əvvəl gündəmdə olan Bayraktar TB2 pilotsuz uçuş aparatının (PUA) Rusiyada istehsalı və alınması ilə bağlı liderlərin görüşü olub-olmaması sualına Peskov sadəcə olaraq "Xeyr” cavabını verib.